Baş nazir erməni məşuqəsini parlamentə hazırlayır...

7-03-2016, 22:41           
Baş nazir erməni məşuqəsini parlamentə hazırlayır...
Bu xəbəri alanda təəccüblənmədik, çünki Ermənistanda artıq heç nəyə təəccülənməyə dəyməz. Bisavad alverçilər, rüşvətxor məmurlar, əsgərlərə əzab verməklə tanınan zabitlər deputat olursa, baş naziri "sevən" teleapaarıcı niyə mandat ala bilməz ki?!"

Bu sözləri Ermənistanın tanınmış müxalifətçi, İrs Partiyasının sədri Raffi Hovvanisyan deyib.
O, Ermənistan parlamentinin spikeri Ovik Abramyanın məşuqəsi olduğu deyilən teleaparıcı Nazeni Hovvanisyanın parlament seçkilərinə qatılacağı barədə xəbərlərə işarə vurub.
34 yaşlı aktrisa və teleaparıcı N.Hovvanisyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində iqtidardakı Ermənistan Respublika Partiyasının siyahısında, proporsional sistem üzrə iştirak etmək niyyətindədir.
Teleaparıcı iddiaları yalanlayıb: "Xahiş edirəm ki, bundan sonra adımı hansısa siyasətçi və ya siyasi partiya ilə bağlamayın. Siyasətlə məşğul olmaq niyyətində deyiləm".
Ermənistanın "Hayastan 1" dövlət telekanalında "Səadət mexanikası" proqramının aparıcısı olan N.Hovvanisyanla Ovik Abramyan arasında münasibətlər 5 ildir ki davam edir. Onların faktiki olaraq qeyri-rəsmi nikahda yaşadıqları da deyilir.
Milyarder Ovik Abramyan məşuqəsinə Yerevanın Nor-Zeytun və Arabkir səmtlərində iki villa, şəhərin mərkəzindəki Nor Kork və Herasi səmtlərindlə 3 lüks mənzil, habelə 4 bahalı avtomobil alıb.(Milli.Az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.