Miqrantların "Balkan yolu" bağlanır

7-03-2016, 23:34           
Miqrantların "Balkan yolu" bağlanır
Bu gün Belçikanın paytaxtı Brüsseldə qaçqınlar məsələsi gündəmə çıxarılacaq. ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə-Avropa Birliyi (AB) zirvə toplantısına qatılmaq üçün getdiyi Brüsseldə Almaniya kansleri Angela Merkel və AB sədri olan Hollandiya baş naziri Mark Rutte ilə üçtərəfli görüşlər keçirib. Üçtərəfli görüş 5 saatdan çox davam edib.

Görüşdə əsasən Suriya məsələsi, qaçqınların taleyinin müzakirə edildiyi deyilir.

Saatlarla davam edən görüşdə dövlət rəhbərlərinə türk yeməkləri, daha doğrusu türk pidesi təklif edilib. Türkiyənin AB daimi nümayəndəliyi tərəfindən sifariş edilən pidələr polis məmurları və işçilərə də paylanılıb.

Toplantı hələ başlamasa da, tərəflərin qəbul edəcəyi bəyannamə mətbuata sızıb. "Le Figaro" qəzetinin yazdığına görə, Suriyadan, o cümlədən Yaxın Şərqdən qaçanlar üçün "Balkan yolunun" bağlanacağını elan edib.

28 AB ölkəsi mart ayının 5-də gec saatlarda ortaq qərar qəbul ediblər. Bu qərara görə, qaçqınların Türkiyədən keçməklə Yunanıstana, oradan isə Avropa ölkələrinə keçmək üçün istifadə etdikləri güzərgah rəsmi sürətdə qapadılacaq. Bu layihə bu gün keçiriləcək toplantıda qətiləşdiriləcək.

Türkiyədəd qaçqınlara görə verilən yardım məsələsi də toplantıda gündəmdə olacaq. Miqrant axının qarşısını almaq üçün radikal tədbirlər görməyə hazırlaşan avropalılar artıq qanunsuz keçidlərə icazə verməyi düşünmür.

Bu gün Yunanaıstan və Makedoniya gün ərzində az sayda miqrantın keçidinə icazə verir. Nəticədə ölkələrin sərhəd qapılarında minlərlə insan toplaşıb.

Miqrant məsələsinin müzakirəyə çıxarılacağı ərəfədə Egey dənizində növbəti faciə baş verib. Daha yaxşı həyat üçün Avropaya getməyə çalışan miqrant qayığı sulara qərq olub. Nəticədə 11-i uşaq olmaqla 25 nəfər həyatını itirib.

Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar. Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.