ABŞ Hərbi hava qüvvələri İŞİD terror təşkilatı ilə mübarizədə 19 pilot itirib.
Ölkə.az xəbər verir ki, bu haqda ABŞ-ın Hərbi hava naziri Debora Li Ceyms Pentaqonda verdiyi brifinqdə bildirib.
"Biz İŞİD-lə mübarizədə indiyədək 19 pilot itirmişik. Onlardan 8 nəfərini İŞİD öldürüb, geridə qalanları isə bu terror təşkilatı ilə mübarizə apararkən müxtəlif səbəblərdən dünyasını dəyişib", deyə ABŞ-ın HHQ naziri vurğulayıb.
Xatırladırıq ki, İŞİD-ə qarşı koalisiya ABŞ-ın təşəbbüsü ilə 2014-cü ildə yaradılıb.