"Shell" Niderland-Britaniya neft şirkəti İran Milli Neft Şirkətinə (NİOC) olan 1,94 mlrd dollarlıq borcunu avro ilə tam ödəyib. Virtualaz.org İran mətbuatına istinadən xəbər verir ki, bu haqda "Shell"in sözçüsü açıqlama yayıb. Məlumata görə, sanksiyalar tətbiq edildiyindən Niderland-Britaniya şirkəti İrana olan borcunun ödəyə bilmirdi. İranla ticarətin dollarla edilməsi qadağası götürülmədiyindən ödəmə avro ilə həyata keçirilib. Borclu şirkətin sözçü isə faktı bu gün təsdiqləyib.