Putini yerini göstərmək vaxtıdır! – “Avropa özünü göstərməlidir!”
8-03-2016, 23:30
Putinin guya ki, atəşkəs elan etdiyi ərazilərə də bomba atır. Hazırda Avropanın sabitliyi, ən azından altı mühüm böhranla möhkəmlik sınağına çəkilib:
Suriyadakı müharibə sayəsində regional böhran, Böyük Britaniyanın Avropa Birliyinin tərkibini tərk etməsi ehtimalı, İkinci Dünya Müharibəsindən bu yana görünməyən qaçqın axını, həll olunmayan maliyyə problemləri, Rusiyanın təcavüzkarlığı və millətçiliyin siyasi səhnəyə qayıtması. Bu problemlərdən azı dördü Rusiya prezidenti Vladimir Putin tərəfindən qəsdən gərginləşdirlir. Putin Ukraynadakı açıq avantürizmlə yanaşı, Avropadakı populist partiyaları dəstəkləyir. Digər yandan isə, o, Suriyaya hərbi müdaxilə etməklə, Yaxın Şərqdəki münaqişəni qızışdırır və beləliklə də mövcud qaçqın böhranını bir qədər də gücləndirir. Artıq bundan sonra Avropa Birliyi prezident Putin tərəfindən gələn təhlükələri yaxşıca anlamalı və təcavüzkara qarşı çıxmalıdır. Bu gün bütün Avropada müşahidə etdiyimiz millətçiliyin yayılm ası ilk növbədə ultrasağçı siyasi partiyaların Rusiya tərəfindən maliyyələşdirilməsi ilə izah olunur. Belə partiyaların vüsət alması isə, AB-nın köç böhranı ilə əlaqədar kollektiv cavab hazırlamasına xeyli maneçilik törədir. B.Britaniyada Putinpərəst “Müstəqil Birləşmiş Krallıq Partiyası” baş nazir Devid Kamerona yüklənir ki, bunun nəticəsində də hökumət qaçqınların yerləşdirilməsi ilə bağlı lazımı tədbirlər görməkdən yayınır. İşveç isə ultrasağ “İsveç demokratları” partiyasının güclənməsi nəticəsində sərhəddin qapadılmasına qərar verib. Bu cür xoşağəlməz nəticəni bütün qitəyə aid etmək olar. - Putin sülh prosesinə mane olur Bununla paralel olaraq, Putin, köçkünlər böhranının başlıca səbəbi olan Suriya münaqişəsinin beynəlxalq ictimaiyyət tərəfindən siyasi yolla həllinə dair axtarışlarını pozmağa cəhd göstərir. Hələbdə Suriya hökumətinə Rusiyanın hərbi dəstəyi sülh prosesinə ciddi zərbədir. BMT-nin məlumatına görə, 15 fevral tarixində Suriyanın şimalında, məktəb və xəstəxanların raketlərlə bombalanmasından sonra, uşaqlar və qadınlar da daxil olmaqla, 50 nəfərdən çox insan həlak olmuşdu. Fransa hökuməti ədalətli olaraq, baş verənləri hərbi cinayət adlandırıb. Rusiya bu məsələdə iştirakını qəti şəkildə rədd edir. Lakin buna baxmayaraq, hadisə yerində Rusiya istehsalı olan raketin qalıqları tapılb. “Sərhədsiz həkimlər” humanitar təşkilatı iddia edir ki, zərbələrin arxasında yalnız Rusiya və ya Suriya hökuməti dayanır. Bundan əlavə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti qeyd edir ki, Hələb şəhəri ətrafında gedən döyüşlər zamanı 50 min insan evlərini tərk edib. Çarəsiz qalan suriyalıların əksəriyyəti Türkiyə və Avropaya qaçmaq məcburiyyətində qalıb. Putinin guya ki, atəşkəs elan etdiyi ərazilərə də bomba atır. Ukraynadakı hadisələr göstərir ki, Rusiya prezidentinin sözləri heç bir etibara layiq deyil. Hələki ABŞ-ın diqqəti ölkədəki prezident seçkiləri kampaniyasına cəmlənib, ona görə də Avropa rəhbərliyi qapını döyən rus ayısı ilə təkbə-tək qalıb. Təcili tədbirlər görməyin isə vaxtıdır. - Təsirli addımların atılması İlk əvvəl qısa müddət ərzində avropalı liderlər bir sıra partiyaların Rusiyanın köməyi ilə maliyyələşdirilməsi mexanizminə son qoymalıdırlar. Pul vəsaitlərinin necə və hansı üsullarla köçürülməsi məsələsini tam anlamaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə müraciət etmək olar. Avropanın millətçi partiyalarının rus pulu ilə təchiz edilməsi kanallarının birdəfəlki kəsilməsi istiqamətində lazımı işlər görülməlidir. İkincisi – AB Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyaların tətbiqinə hazırlaşmalıdır. BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnamsinə əsasən, Rusiya da daxil olmaqla, bütün maraqlı tərəflər sülh prosesi çərçivəsində dinc əhaliyə qarşı zərbələr endirməmək barədə öhdəlik götürüblər. Əgər Rusiya bu öhdəliyi yerinə yetirmirsə, onda sanksiyaları sərtləşdirmək gərəkdir. Üçüncüsü – AB Türkiyə-Suriya sərhəddində təhlükəsizliyin formalaşması üçün Türkiyə və regiondakı digər ölkələrlə birlikdə işləməlidir. Hərçənd ki, belə bir addım müəyyən risklər daşıyır, amma hələlik başqa alternativ görünmür. Nəhayət, Avropa Putinin əlinə oynamağa son qoymalıdır. Yəni, köç böhranına kollektiv yanaşma olmalıdır. Yunanıstana kömək məqsədi ilə Avropanın sərhədlərində insanları xilas etmək üçün sahil güvənlik və polis gücləri yerləşdirilmədir. Həmçinin AB-nin ayırdığı maliyyə vəsaiti,Türkiyə və İordaniyadakı qaçqın düşərgələrində məskunlaşanların həyat şəraitinin yaxşılaşdırılması və onların ən zəruri ehtiyaclarının ödənilməsinə yönləndirilməlidir.
Avropa liderləri qaçqınlara hazırda durduqları ölkələrdə sığnacaq verilməsi məsələsində razılığa gəlməlidirlər. Corc Soros uzunmüddətli perspektivdə Avropa Birliyi üçün başlıca təhlükənin Rusiya olacağını söyləməklə, tamamilə haqlıdır. Ancaq AB-nin, əvvəlcə laxlayacağı, sonradan isə onun üzərinə yıxılan çoxsaylı böhranlar hesabına dağılacağı barədə Sorosun söylədikləri fikirləri isə düz deyil. Artıq Avropanın özünü göstərmək vaxtıdır. Avropa öz iqtisadi gücünü anlamalı və bu gücdən istifadə edərək Putini yerində oturtmalıdır. (Les Echos.fr – Fransa)