Rusiya AB-dən daha bir zərbə aldı 9-03-2016, 02:33 Avropa Birliyi Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzatmağa hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın RİA agentliyi məlumat yayıb. Qərar çərşənbə günü rəsmi olaraq təsdiq ediləcək. Bildirilib ki, AB sanksiyaların müddətini daha 6 ay uzatmaq niyyətindədir. Qeyd edək ki, AB-nin qara siyahısında Rusiyanın 146 vətəndaşı və 37 şirkəti yer alıb. Facebook-da paylaş