Keçmiş səfir ABŞ-ın İraqla bağlı gizli sirrini açdı

9-03-2016, 09:12           
Keçmiş səfir ABŞ-ın İraqla bağlı gizli sirrini açdı
ABŞ 2003-cü ildə İraqı işğal etmədən öncə İranla gizli müzakirələr aparırdı.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Halilzad çıxış edib.

Keçmiş səfir kitabında qeyd edib ki, Vaşinqton və Tehran arasında baş tutan Cenevrə görüşlərində İran hökuməti hava məkanına daxil olan ABŞ təyyarələrinə atəş açmaması barədə söz vermişdi.

Halilzadın bildirdiyinə görə, müzakirələrdə hazırda İran XİN rəhbəri olan Cavad Zərif də iştirak edib.

İki ölkə arasındakı görüşlərin 2003-cü ilin aprelinə, yəni Bağdadın işğalına qədər davam etdiyini vurğulayan Halilzad anlaşılmazlıq və İranın terrora dəstəyinə görə sona çatdığını bildirib:

“Əgər diplomatik münasibətlər davam etsəydi, İranın davranışılarına təsir edə bilərdik”.

Qeyd edək ki, Zalmay Halilzad 2005-2007-ci illərdə ABŞ-ın İraqdakı səfiri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.