Moody’s reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina etdi

10-03-2016, 02:36           
Moody’s reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina etdi
Nüfuzlu “Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya ilə əməkdaşlıqdan imtina edib və ölkənin bütün reytinqlərini sıfırlayıb.

Məlumatda bildirilir ki, bundan sonra beynəlxalq “Moody’s” reytinq agentliyi Rusiyaya milli cədvəl üzrə reytinq xidmətləri göstərməyəcək. Bu qərarını reytinq təşkilatının rəhbərliyi Rusiya qanunvericiliyindəki dəyişikliklərlərlə əlaqələndirib.

Qəbul edilmiş bu qərardan sonra “Moody’s Interfax Rating Agency” də Rusiyadakı fəaliyyətini sonlandıracaq. Bu, Rusiyanın bütün suveren reytinqləri geri çağırıldıqdan sonra baş verəcək.


Qeyd olunur ki, “Moody’s” Rusiya ilə əlaqələri büsbütün kəsmək niyyətində deyil. Şirkət Rusiyadakı müştərilərinə qlobal cədvəl üzrə reytinq xidmətləri göstərməkdə davam edəcək.

(virtualaz)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.