Arzu Rəhimovaya məxsus "LİMAN-PORT" MMC-nin yarım milyon manatdan çox vergi borcu üzə çıxıb - Böyük miqdarda cəriməsi də var

19-06-2025, 09:44           
Arzu Rəhimovaya məxsus "LİMAN-PORT" MMC-nin yarım milyon manatdan çox vergi borcu üzə çıxıb - Böyük miqdarda cəriməsi də var
"LİMAN-PORT" MMC-yə vergi nəzarəti nəticəsində sanksiyalar tətbiq olunub

"LİMAN-PORT" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti nəticəsində şirkətə ümumilikdə 132 387.39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

32gun.az-ın əldə etdiyi məlumata görə, sanksiyalara səbəb pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, habelə malların Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləşdirilməməsi olub. Müvafiq aktlara əsasən, şirkətə 62 569.60 manat və 69 817.79 manat olmaqla iki ayrı maliyyə sanksiyası tətbiq edilib.

Əlavə olaraq, "LİMAN-PORT" MMC-nin hazırda 537 625.66 manat məbləğində vergi borcu mövcuddur. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Qanuni təmsilçi isə Arzu Rəhimova Söhrab qızıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru