Yazıçılar Birliyinin sədri Mədəniyyət Nazirliyini tənqid etdi: "Dəfələrlə məktub yazmışam"

19-06-2025, 11:06           
Yazıçılar Birliyinin sədri Mədəniyyət Nazirliyini tənqid etdi:
"Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Mən dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında bu mövzuları qaldırmışam, məktub yazmışam, amma nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev-muzeyinə gedib yerində baxmışam, məktub yazmışam".
TEREF xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

O daha sonra bildirib ki, özəl qurumlar da bu mövzuda təşəbbüs göstərə bilərlər:

"Mənim özəl qurumlarla heç bir əlaqəm yoxdur, Yazıçılar Birliyinin də o cür imkanları yoxdur. Yazıçılar Birliyi gərək ədəbiyyatın keşiyində dursun. Bu Mədəniyyət Nazirliyinin işidir. Mənə elə gəlir ki, gec-tez düzəldəcəklər. Bu vəziyyət mənə də xoş deyil. Yerli bələdiyyələr, icra hakimiyyətləri də təşəbbüs göstərə bilərlər. Mənim şəxsi imkanım da yoxdur. Bir az imkanım var idi, atamın ev-muzeyinə xərclədim", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru