Rus müstəntiq azərbaycanlını öldürmək istədi - VİDEO
14-03-2016, 21:33
Moskva prokurorluğu azərbaycanlını öldürmək istəyən həmkarlarının işinə baxır.
Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, hadisə hələ ötən ilin payızında baş verib. Moskvanın Perovsk rayonu üzrə istintaq idarəsinin müstəntiqi Vitali Qurkovski azərbaycanlı Xaliq Süleymanovu öldürməyə cəhd edib. Məlumata görə 2015-ci il oktybarın 12-də “Arxan” kafesinin qarşısında mübahisə etdikdən sonra müstəntiq maşınındakı səsboğucu tapançasını götürərək Süleymanovun üzərinə gedib.
Lakin azərbaycanlı çevik tərpənərək silahı opponentinin əlindən alıb və müstəntiqə zərbələr endirib.
Hazırda Vitali Qurkovski vəzifəsindən uzaqlaşdırılıb, Xaliq Süleymanova qarşı isə cinayət işi açılıb.
Modern.az həmin mübahisənini videogörüntüsünü təqdim edir. [media=https://www.youtube.com/watch?v=FWI2gUZR3oY]