İranın İsrailə yeni hücumu: "Mossad"ın qərargahını və aviabazaları vurdular

19-06-2025, 08:44           
İranın İsrailə yeni hücumu:
İran Silahlı Qüvvələri İsrail ərazisinə yeni raket zərbələri endirib.
İran mediası xəbər verir ki, İsraildə "Mossad"ın qərargahına, hərbi kəşfiyyat qərargahına və aviabazalara zərbələr endirildiyi bildirilir.

"Telegram" kanallarında yayılan məlumatlarda İranın bu axşam İsrailə hücum zamanı yeni nəsil raketlərdən istifadə etdiyi iddia olunub.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda isə İsrailə qarşı hücumda iki mərhələli super ağır ballistik raketdən (“Sacil”) istifadə edildiyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl paytaxt Təl-Əviv də daxil olmaqla, İsrailin bir neçə şəhərində həyəcan siqnalları işə salınmışdı./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru