Ayətullah Əli Xameneinin mühacirətdə olan qardaşı oğlu Mahmud Muradxani əmisini tənqid edib

19-06-2025, 08:28           
Ayətullah Əli Xameneinin mühacirətdə olan qardaşı oğlu Mahmud Muradxani əmisini tənqid edib
İranın ali dini lideri Ayətullah Əli Xameneinin mühacirətdə olan qardaşı oğlu Mahmud Muradxani çərşənbə günü Fransanın şimalındakı evindən verdiyi müsahibədə deyib ki, o, müharibənin tərəfdarı olmasa da, İslam Respublikasının süqutunun həqiqi sülhə aparan yeganə yol olduğuna inanır.
Hindistanın “India Today” nəşri bu barədə bildirib.
Nəşr qeyd edir ki, Muradxani müsahibəsində əmisinin hakimiyyətinə meydan oxuyaraq deyib: "Bu rejimin yox olması bir şeylər etmək lazımdır. Biz indi bu mərhələdəyik və əlimizdən gələn hər şeyi etməliyik."
1986-cı ildə İrandan qaçan və əmisinin avtoritar idarəçiliyinin kəskin tənqidçisi olan Muradxani əlavə edib ki, İsraillə hərbi qarşıdurma təəssüf doğurur, lakin ram olmaq və ya islahatlar aparmaq istəməyən rejimdə bu qaçılmaz idi.
"Mən çox kədərlənirəm və vəziyyətin bu həddə çatmasından təəssüflənirəm... amma Xamneyinin öldürülməsi rejimi dərhal yox edəcəkmi? Bu başqa sualdır", - Muradxani deyib.
Muradxani internet kəsilməsi səbəbindən İrandakı şəbəkəsi ilə əlaqəni itirdiyini, lakin bir çox iranlının rejimin zəifləməsinin əlamətlərini görməyə "sevindiyini" söyləyib. “Bu, nə qədər tez başa çatdırılsa, bir o qədər yaxşıdır. Bu proses İslam Respublikasının yox olması ilə bitməlidir. Əks halda, yenidən faydasız bir məğlubiyyətə uğrayacaq"
Heydər Oğuz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru