Rusiya bu ölkəyə girmək üçün Suriyadan çəkilir - ABŞ senatorundan qalmaqallı açıqlama
15-03-2016, 12:33
ABŞ senatoru Con Makkeyn Rusiyanın Suriyadan çəkilmək qərarı ilə bağlı olduqca maraqlı bir fikir səsləndirib.
Avropa.info xəbər verir ki, bir yandan Obamanı passiv mövqeyinə görə tənqid edən Makkeyn digər tərəfdən də Rusiyanın enerjisini və diqqətini başqa yerə çəkəcəyini, Ukraynada qanlı bir baharın yenidən baş verəcəyini bildirib.
Obama hökumətinin Suriya siyasətinin ən sərt tənqidçilərindən biri olan senat və Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn Rusiyanın Suriyadan çəkilməsi ilə bağlı yazılı açıqlama verib.
ABŞ hökumətinin Rusiya qarşısında zəiflədiyini müdafiə edən Makkeynin açıqlamasında Putinin qatil Əsəd rejiminin ayaqda qala bilməsi məqsədilə lazımi qədər müxalifi bombalayaraq öldürdüyünü söyləyib.
“4 ildir Əsəd rejimi Suriya xalqının təxminən yarısını zorakılığa məruz qoyduğu halda Obama hökuməti kənarda oturaraq olanları izlədi. Daha sonra Əsəd zəiflədiyi zaman Putin hərbi müdaxilə yoluna əl atdı və zalım Əsədin ayaq üstə qalmasını təmin etdi. Obama hökuməti bu qırğının qarşısındakı səssizliyini Rusiyanın Suriyada bataqlığa düşəcəyini önə sürərək üzrlü göstərdi. Hökumət böhranın hərbi yolla həll olunmayacağını bəhanə edərək özünə təsəlli tapdı. Obama hökuməti Suriyada hər hansı bir siyasi həllin hərbi ölçüləri ilə üzləşmək istəmədi.”
Makkeyn Obama hökumətinin Əsəd rejimi və Rusiyanın Suriyada törətdiyi qırğına qarşı göstərdiyi iki üzlü mövqeyini pislədiyini və bunun qətiyyən doğru olmadığını söyləyərək sözlərinə belə davam edib:
“Çox təəssüf ki, Rusiya və peyk dövlətləri Suriyada bunu göstərdi. Sahədəki hərbi tarazlıqları dəyişdirdilər. Bu yəqin ki, Suriyadakı böhranın davam etməsinə, İŞİD-in daha da güclənməsinə və qaçqın axınlarının daha da artmasına gətirib çıxaracaq. Rusiyanın, enerjisini və diqqətini başqa yerlərə çevirməsi ilə qorxuram ki, Ukraynada qanlı bir bahar daha yaxınlaşır.”