Ümumdünya Səhiyyə Təşkilatı 2012-ci ildə 12.6 milyon nəfərin ətraf mühitin çirklənməsi ilə əlaqədar olaraq öldüyünü açıqlayıb. Təşkilatın yaydığı açıqlamada bundan ən çox zərərin Cənubi-Qərbi Asiya ölkələrinə dəydiyi vurğulanıb. ÜST-nın rəhbəri Margaret Çan bildirib ki, əgər insanların sağlam ətraf mühitdə yaşaması üçün işlərə başlanmasa milyonlarla insan xəstə olmağa və daha tez ölməyə məhkumdur. Hesabatda o da vurğulanıb ki, yoxsulluq, urbanizasiya də ölümlərin artmasının bir səbəbidir. Çünki urbanizasiya hava çirkliliyini də artırır. Hesabatda hava keyfiyyəti probleminin əsasən orta və aşağı sinif şəhərlərdə müşahidə edildiyi qeyd olunub. Çin, Hindistan, Cənubi-Qərbi Asiya ölkələri və Sakit okean bölgəsində sənayenin inkişafının hava çirkliliyini artırdığı vurğulanıb. Bu vəziyyətin isə xəstəlik və ölüm hallarına səbəb olur.(Publika.az)