Kalininqrad şəhərindəki 35 saylı liseyin direktoru Vladimir Kober öldürülüb.
Modern.az-ın Rusiya mediasına verdiyi xəbərə görə, 62 yaşlı direktorun bədənində kəsilmiş-deşilmiş yaraları olan meyiti martın 20-də yaşadığı mənzildə aşkar olunub. Mənzildəki əşyalar da dağınıq vəziyyətdə olub.
İstintaq versiyalarından birinə görə, qətl tamah məqsədilə törədilib. Vladimir Kober Rusiyanın əməkdar müəllimi, Rusiya Elmlər Akademiyasının təbiət elmələri üzrə müxbir üzvü idi.