Xamneyi ABŞ prezidentliyinə namizədlərin hamısını “İranın düşməni” adlandırdı
20-03-2016, 21:33
İranın ali dini lideri Ayətulla Əli Xamneyi televiziya efirində xalqa müraciətində ABŞ-dakı prezidentliyə namizədlərin hamısını İranın düşmənləri adlandırıb.
APA-nın verdiyi məlumata görə, Ə.Xamneyi deyibki, ABŞ prezidentliyinə namizədlərin hamısı İranı “qaralamağ”a çalışırlar və bu, düşmənçilik işarəsidir.
Ə. Xamneyi nüvə proqrammı ilə bağlı sanksiyaların qaldırılmasına baxmayaraq, İranın hələ də əvvəlki kimi xarici bank və şirkətlərlə çalışmaq sahəsində çətinliklərlə üzləşdiyini də bildirib.
İranın ali dini lideri sanksiyaların yalnız kağız üzərində qaldırıldığını bəyan edib.