"Putin bezib, onu göyərtədən atmağa hazırdır" - Kreml liderinin dörd HƏDƏFİ

21-03-2016, 12:52           
"Putin bezib, onu göyərtədən atmağa hazırdır" - Kreml liderinin dörd HƏDƏFİ
“Putin şəxsi hədəflərinə nail olmaq üçün əvvəlcə Əsədi xilas etdi, daha sonra xəbərdarlıqsız dəstəyi dayandırdı. Rusiya və İranın himayəsindən asılı olan Əsəd rejiminin sonrakı addımları anlaşılmazdır”.

teref.az yazır ki, Publika.az -ın verdiyi xəbərə görə, bu sözləri Rusiya ordu birləşmələrinin əsas hissəsinin Suriyadan çıxarılmasını şərh edən “Time” jurnalı yazıb.

“Putinin hədəfləri nüfuzlu dövlət statusunun Rusiyaya qaytarılması, Ukrayna münaqişəsindən diqqətin yayındırılması və sanksiyaların sadələşdirilməsi idi. Bundan başqa, Putin Əsədə xatırlatmaq istəyirdi ki, Rusiya Suriyaya daha çox lazımdır, nəinki Suriya Rusiyaya. Putin bu hədəflərini nail olmaq üçün əvvəlcə Əsədin mövqelərini möhkəmləndirdi, amma sonra xəbərdarlıqsız dəstəyi praktik olaraq dayandırdı. Rusiya qoşunlarının çıxarılması öz-özlüyündə Suriyaya sülh gətirməyəcək. Vasitəçilər Cenevrədə var gücü ilə Suriyaya sülh gətirməyə çalışırlar. Ancaq amerikalılar, avropalılar, rusiyalılar, səudiyyəlilər, iranlılar, türklər və müxtəlif Suriya qrupları onun gələcəyini eyni cür təsəvvür etmirlər”, - nəşr yazıb.

Məqalədə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin də Suriyanın heç vaxt vahid ölkə olmayacağını bilir. Bununla belə, vurğulanır ki, bu məsələ Rusiya üçün əhəmiyyət deyil. Nəşrin yazdığına görə, Putinin daha bir hədəfi Suriyadakı bazalara girişi saxlamaq idi.

“The Financial Times” isə bu fikirdədir ki, Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadan qismən çıxarılması “Putin Suriya prezidenti Əsədi göyərtədən atmağa hazırdır” fikrinin ortaya çıxmasına səbəb oldu. Məqalənin müəlliflərinin fikrincə, Putinin bu addımı Əsədi müharibənin dayandırılması üçün keçid prosesini ciddi olaraq müzakirə etməyə məcbur edəcək.

“Hakim versiyaya görə, Əsədin bütün dəyişikliklərə müqavimət göstərməsi Putini bezdirib”, - müəlliflər yazırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.