İŞİD-in qərargahı yerlə-yeksan edildi 21-03-2016, 13:43 Qərb koalisiyasına məxsus hərbi təyyarələr İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərini bombalayıb. Publika.az xəbər verir ki, bombardman İŞİD-in döyüşçüləri tərəfindən həvəskar kamera ilə qeydə alınıb. Martın 19-da edilən bombardman zamanı xeyli sayda İŞİD döyüşçüsünün öldüyü və yaralandığı bildirilir. Məlumata görə, hava hücumunda İŞİD-in kəşfiyyat qərargahı yerlə-yeksan edilib. Qərargah qız tələbələrin təhsil aldığı kollecdə yaradılmışdı. Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul 2014-ci ilin iyun ayından İŞİD-in nəzarətindədir. Şəhər İraqda İŞİD-in əsas qalası hesab edilir. Facebook-da paylaş