Rusiya vertolyotunu vuran döyüşçüləri ələ keçirdi

23-03-2016, 22:56           
Rusiya vertolyotunu vuran döyüşçüləri ələ keçirdi
Rusiya Su-24 bombardmançısının pilotlarını xilas etməyə gedən M-8 vertolyotunu vuran Azad Suriya Ordusunun (ASO) 4 döyüşçüsünü tutub.

Axar.az xəbər verir ki, bu barədə Suriya rejiminə yaxın "Məsdər nyus" agentliyi məlumat yayıb.

Döyüşçülərin Suriya ordusunun dəniz piyadaları tərəfindən dünən axşam saatlarında ələ keçirildiyi bildirilib. Lakin tutulan döyüşçülərin adları açıqlanmayıb.

ASO döyüşçülərinin Suriya və yaxud Rusiyada terrora ittihamı ilə mühakimə olunacaqları bildirilir.

Qeyd edək ki, Türkiyə ötən ilin 24 noyabrında Rusiyanın Su-24 bombardmançısını vurub. Pilotları xilas etməyə gedən Rusiyanın M-8 vertolyotu isə ASO tərəfindən hücuma məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru