Jah Khalib turnesini ləğv etdi: Yeni doğulmuş qızı ağır vəziyyətdədir

Bu gün, 15:28           
Jah Khalib turnesini ləğv etdi: Yeni doğulmuş qızı ağır vəziyyətdədir
Qazaxıstanın azərbaycanəsilli musiqiçisi Jah Khalib (Bəxtiyar Məmmədov) yaxın günlərdə ölkəsində keçirilməsi planlaşdırılan konsertlərini təxirə saldığını elan edib.

Oxu.Az xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında paylaşım edib.

O bildirib ki, qızının səhhətindəki ciddi problemlər səbəbindən səhnəyə çıxmaq gücündə deyil.

"Əfsuslar olsun ki, bu turu ləğv etməli və ya (əgər gözləməyə hazırsınızsa) təxirə salmalı olacağam. Səbəb isə yenidoğulan qızımın əməliyyatdan sonra kritik vəziyyətdə olmasıdır. Gücümü toplamağa çalışsam da, səhnəyə çıxmağa hazır deyiləm", - deyə Jah Khalib bildirib.

Müğənni qeyd edib ki, bu çətin dönəmdə həyat yoldaşının yanında olmalıdır və pərəstişkarlarından anlayış göstərmələrini xahiş edib:

"Ümid edirəm ki, anlayışla qarşılayarsınız. Xahiş edirəm, kim necə bacarırsa, dua etsin ki, övladlarımız sağ-salamat olsunlar".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru