Onlayn qumar oyunları ilə gəncliyi çirkaba batıran Anar Əliyev kimdir? -ARAŞDIRMA

Bu gün, 00:09           
Onlayn qumar oyunları ilə gəncliyi çirkaba batıran Anar Əliyev kimdir? -ARAŞDIRMA
Gürcüstandan Azərbaycana uzanan çirkli əl...
Dünən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti əməliyyat tədbiri keçirilib.
"fastloto.com" "Kral Kazino" və digər onlayn qumar oyunlarını təşklatçısı Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, ifşa edilən şəxslər barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, onlayn qumar oyunlarının əsas başçılarından biri hal-hazırda qonşu ölkə Gürcüstanda yaşayan, qara əməllərini davam etdirən Anar Əliyevdir.
Sosial şəbəkələrdə "Anar 007" ləqəbi ilə tanınan şəxsin sosial hesablarına nəzər yetirsək onun rəsmi olaraq heç bir yerdə işləmədiyi məlum olur amma bahalı mülklər, avtomabillərə sahibdir.
Həmçinin zəngin həyat tərzi yaşaması da buna əyani subutdur. Sosial hesablarında açıq-aşkar qumar təbliğatını edən videolar paylaşır, bununla yanaşı paylaşımlarında cinayətkar aləmə də yaxın olduğunu hiss etdrir. Bakıda tanınmış "TikTok"er xanımla yaxın münasibətləri olması barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.
Redaksiyamıza xanımın kimliyi barədə məlumatlar daxil olub. Etik olmadığı üçün kimliyini açıqlamağı zəruriyyət hesab etmirik amma bir neçə ay bundan öncə xanım öz hesablarında onlayn qumar oyunlarını reklam etdiyi üçün hüquq-muhafizə orqanlarına dəvət olunaraq inzibati qaydada cərmələnmişdir.
Və hazırda da Tiktokçu xanımla Gürcüstanda istirahət mərkəzlərinin birində istirahət etməsi barədə də məlumatlar gəzir.
İstər ölkədə olsun, istər ölkə hüdudlarından kənarda Azərbaycana qarşı çirkli, məkrli oyunlar aparanlar və onların əl altıları belə bir gün mütləq şəkildə öz cəzaların alacaqlar.
Hüquq-Muhafizə orqanları da bu istiqamətdə xeyli işlər görüb və görməkdədir. (Azerbaycanreallığı)
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru