Dövlət xəttilə verilmiş ipoteka kreditinin həcmi məlum olub Bu gün, 17:44 Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.Bu barədə Trend İKZF-dən məlumat əldə edib.Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Facebook-da paylaş