Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO

Bu gün, 00:06           
Azərbaycanlı xanım müğənni İranda yoxa çıxdı - FOTO
İki gün əvvəl ETTELAAT-ın Təbrizdəki şöbəsinə çağırılan güneyli xanım müğənni Aqşin İmamidən heç bir məlumat yoxdur.

Bu barədə sənətçinin ailəsi məlumat yayıb.

Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.

Hələlik xanımın həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri məhkəmə qərarı göstərmədən xanım İmaminin evində axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə ediblər.(Axar.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru