Nyu-Yorkda kondisioner vasitəsilə yayılan epidemiya can almağa davam edir

Bu gün, 16:48           
Nyu-Yorkda kondisioner vasitəsilə yayılan epidemiya can almağa davam edir
ABŞ-nin Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan legionellozdan üçüncü ölüm hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bunu şəhərin Səhiyyə Departamenti bəyan edib.

Bildirilib ki, xəstəlik ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddətdə sürətlə yayılmağa başlayıb. Üç xəstənin ölümü ilə nəticələnən epidemiya zamanı artıq 67 nəfərdə bu diaqnoz təsdiqlənib.

Şəhər rəhbərliyi qripə bənzər əlamətlər hiss edən sakinlərə dərhal tibbi yardıma müraciət etməyi təkidlə tövsiyə edir.

Legioner xəstəliyi - "Legionella pneumophila" bakteriyasının yaratdığı ciddi ağciyər infeksiyasıdır. Bu bakteriya əsasən durğun sularda, baxımsız kondisionerlərin nəm və isti filtrlərində çoxalır. Kondisionerin havası ilə birlikdə asanlıqla yayılaraq, insanların nəfəs aldığı havaya qarışır. Xüsusilə kondisionerli və sıx insanlı mühitlərdə işləyən şəxslər, həmçinin havalandırma sistemlərinin baxımını aparmayan müəssisələrdə çalışanlar daha yüksək risk altındadırlar.

Başlanğıcda soyuqdəyməyə bənzəyən legioner xəstəliyi nəfəs darlığı, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, sinədə ağrı və allergik əlamətlərlə özünü göstərə bilər. Bəzən qrip zənn edildiyi üçün vaxtında diaqnoz qoyulmur. Bu isə xəstəliyin irəliləməsinə səbəb olur və xüsusilə immun sistemi zəif, tütün istifadə edən, şəkərli və yaşlı insanlarda ölüm riski yaradır. Xəstəlik qan analizi ilə asanlıqla müəyyən oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru