İspaniya şəhəri müsəlmanların bir yerə toplaşmalarını qadağan etdi
Bu gün, 15:38
İspaniyanın cənub-şərqindəki Xumilya şəhərində müsəlmanların Ramazan və ya Qurban bayramı kimi tədbirlərdə birgə namaz qılmaq üçün bir araya gəlməsinə icazə verilməyəcək.
Bu barədə "El Pais" məlumat yayıb.
Qərar bir neçə ildir ki, yerli müsəlmanların birgə namaz qıldığı bələdiyyə obyektlərindən istifadə qaydalarının dəyişdirilməsini nəzərdə tutur.
Qeyd olunur ki, təxminən 27 min əhalisi olan bir şəhərdə 1500 müsəlman var.