Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

Bu gün, 17:38           
Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi
Çində buddizmin ən məşhur simalarından biri, Şaolin monastırının sabiq abbatı Şi Yunsin həbs edilib. O, dünyaca məşhur monastırı tanınmış brendə və turistik attraksiona, həmçinin ticarət obyektinə çevirməkdə, vəsaitlərin mənimsənilməsi və rahiblik andını, xüsusilə də subaylıq öhdəliyini pozmaqda ittiham olunur.

Oxu.Az aif.ru-ya istinadla xəbər verir ki, Çin Buddist Assosiasiyası rəsmi şəkildə onun rahiblik rütbəsindən məhrum edildiyini açıqlayıb.

Bildirilib ki, Şi Yunsin buddizmin nüfuzuna və rahiblərin imicinə ciddi zərər vurub. İttihamlara əsasən, o, uzun illər bir qadınla gizli münasibətdə olub və bu münasibətdən bir övlad dünyaya gəlib.

Şi Yunsin 1999-cu ildən Şaolin monastırına rəhbərlik edib. O, "Şaolin" brendini kommersiyalaşdıraraq telelayihələr, mobil tətbiqlər və döyüş sənəti üzrə qastrol səfərləri təşkil edən rahiblər qrupu yaratmışdı.

Mətbuatda onun lüks həyat tərzi - "iPhone" istifadə etməsi, bahalı hədiyyələr, qızıl saplarla işlənmiş geyimlər və turistlər üçün monastırda inşa etdirdiyi 400 min dollarlıq tualetlər tənqid olunub.

2015-ci ildə ona qarşı ilk dəfə maliyyə pozuntuları və rahibəni zorlamağa cəhd ittihamları irəli sürülmüş, lakin sübut tapılmamışdı. 10 ildən sonra, bu dəfə yeni sübutlarla iş yenidən açılıb.

Hazırda Şi Yunsin istintaq altındadır. Onunla əlaqəli bir çox şirkətlərin lisenziyası ləğv olunub. Monastırın gələcək taleyi - dini mərkəz kimi fəaliyyətini davam etdirəcəyi, yoxsa turizm obyektinə çevriləcəyi hələlik naməlumdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru