Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

Bu gün, 16:28           
Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub
Sakit okeanda yerləşən Böyük Sədd Rifi son bir il ərzində müşahidə tarixinin ən böyük mərcan örtüyü itkisi ilə qarşılaşıb. Bu azalma rifin üç əsas koloniya bölgəsindən ikisində qeydə alınıb.

Bu barədə "Reuters" agentliyi Avstraliya Dəniz Elmləri İnstitutunun (AIMS) alimlərinin hesabatına istinadən xəbər verib.

Mütəxəssislər qeyd edirlər ki, son bir il ərzində rif mərcan örtüyünün üçdəbirinə qədərini itirib. Buna səbəb mərcanların simbiotik yosunları və fotosintez piqmentlərini itirməsi nəticəsində baş verən kütləvi ağarmasıdır. Ətraf mühitin temperaturundakı dəyişikliklər və dinofitli yosunların yayılması ilə əlaqədar olan bu proses mərcanların məhvinə gətirib çıxarır.

Alimlər son 40 il ərzində Böyük Sədd Rifinin vəziyyətini dəqiq monitorinq edirlər. Son 15 ildə mütəxəssislər mərcanların ağarma tezliyinin artması tendensiyasını qeyd edirlər ki, bu da unikal ekosistemə böyük təzyiqin göstəricisidir. Xüsusilə, 2016-cı ildən bəri alimlər kütləvi ağarmanın beş dalğasını qeydə alıblar.

Böyük Sədd Rifi dünyada ən böyük mərcan rifidir və 2.9 mindən çox ayrı-ayrı mərcan toplusundan ibarətdir. Mərcan koloniyaları Avstraliyanın şimal-şərq sahili boyunca 2.5 min kilometrə uzanır, ümumi sahəsi təxminən 344 min kvadrat kilometrdir. 1981-ci ildə Böyük Sədd Rifi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru