Populyar GTA oyununun tərtibatçısı olan "Rockstar Games" oyunçuların yaşını yoxlamaq üçün xüsusi sistem tətbiq edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə DTF məlumat yayıb.
Məlumata görə, sistemin buraxılışa hazırlandığını təsdiqləyən skrinşotlar internetdə yayılıb.
Ehtimal olunur ki, yoxlama QR kodun skan edilməsi yolu ilə aparılacaq, lakin identifikasiya üçün istifadə olunacaq xidmət hələ məlum deyil.
Böyük ehtimalla, yeni sistemin işləyəcəyi ilk ölkə Böyük Britaniya olacaq. Buna səbəb ölkədə internetdə uşaqların təhlükəsizliyi ilə bağlı qəbul edilmiş qanundur.
Xatırladaq ki, "GTA Online" 1 oktyabr 2013-cü ildə buraxılıb. Hazırda oyun əksər platformalarda mövcuddur.