Ukrayna televiziyasındakı çıxışında “Batkivşina” hərəkatının lideri, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko qadın pilot Nadejda Savçenkonun Ukraynaya təhvil veriləcəyini deyib.
Virtualaz.org “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Timoşenko bu barədə deyib: “Bizdə olan məlumata görə, Savçenko Ukraynaya məhkumlarla dəyişdirilmə yolu ilə, yaxud beynəlxalq hüquq normalarına uyğun, cəzasını Ukraynada çəkmək şərtilə qaytarılacaq”.
Timoşenkonun sözlərinə görə, ABŞ prezidenti və Almaniya kansleri bu məsələ ilə bağlı Putinlə razılığa gələ biliblər.