Belarusiyanın Vitebsk şəhərinin mərkəzində gəlin və onun anası bəyi döyüblər.
Hadisə martın 26-da baş verib.
İnsidenti gəlin maşının arxasınca gələn avtomobilin videoreqistratoru lentə alıb.
Avtomobildən çıxan gəlin gül buketi ilə bəyi döyməyə başlayıb. Sonradan cütlüyə yaşlı qadın yaxınlaşaraq - onun gəlinin anası olması təxmin edilir - əlindəki sumka ilə bəyi döyməyə qoşulub.
Gənc oğlana qarşı belə aqressiyanın səbəbi məlum deyil. Qeyd olunur ki, hadisə Vitebskin tarixi mərkəzində baş verib. Gənclər buraya zaqsdan sonra şəkil çəkdirməyə gəlirlər. (oxu.az) [media=https://www.youtube.com/watch?v=rbe-JaWy4iQ]