Şirkət rəhbəri Putinə hesabat verdi: - “45 milyard dollar xərcləmişik”
28-03-2016, 22:08
Rusiyanın “Rosneft” şirkətinin rəhbəri İqor Seçin prezidentə hesabat zamanı 2015-ci ildə rublun kursunun saxlanılması üçün Mərkəzi Bank vasitəsilə 45 milyard dollar vəsait xərclədiklərini deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Seçinin Rusiyanın ixrac gəlirlərinin “Rosneft”dən asılı olduğunu və bu məsliyyəti tam şəkildə anladıqlarını deyib. Bundan başqa, İqor Seçin dünya bazarında neftin ucuzlaşması və qeyri-stabil valyuta kursu şəraitində “Rosneft”in uğurlu startegiya sərgilədiyini deyib. Putin isə şirkət rəhbərinin məruzəsini müsbət qarşılayıb.