ABŞ Konqresinin binasında silah səsləri-1 polis yaralanıb
29-03-2016, 01:15
ABŞ Konqresinin binasında silah səsləri eşidilib. Musavat.com xəbər verir ki, bu barədə məlumat Reuters agentliyində yer alıb. Məlumata görə, hadisədən dərhal sonra ABŞ Konqresi və Ağ evə giriş dayandırılıb. Polis rəsmiləri hücumçuların ələ keçirildiyini və bir polis əməkdaşının yüngül xəsarət aldığını açıqlayıb. Təhlükəsizlik gücləri ətrafdakıları kənara çıxararaq, gizli və etibarlı yerlərdə gizlənmələrini bildirib. Hadisənin terrorla bağlantısı olub-olmadığı yoxlanılır.