"Ukraynadan hansısa addım gözləmək doğru olmaz" - Yens Stoltenberq

18-01-2022, 08:00           
"Ukraynadan hansısa addım gözləmək doğru olmaz" -
“Təcavüzkar tərəf Rusiyadır. Deməli, Ukraynadan təzyiqin aşağı salınması istiqamətində addım gözləmək doğru olmaz”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Şərqi Avropadakı böhranın diplomatik həlli üçün bundan sonra addım atmalı olan tərəf Rusiyadır. NATO Rusiyanın da qayğılarını da nəzərə alacaq. Amma vəziyyət sabitləşdirmək Rusiyadan asılıdır”, - o bildirib.

Y.Stoltenberq həmçinin vurğulayıb ki, Rusiya Ukraynaya hücum etsə, siyasi və iqtisadi sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, NATO-nun Baş katibi Kanadanın dövlət televiziyası olan “CBC News”a müsahibə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru