Finlandiyada koronavirusu saniyələr ərzində aşkar edən test cihazı icad edildi

18-01-2022, 09:15           
Finlandiyada koronavirusu saniyələr ərzində aşkar edən test cihazı icad edildi
Finlandiyanın “Deep Sensing Algorithms” şirkəti nəfəs vasitəsilə koronavirusu 45 saniyəyə aşkarlayan test cihazı üçün ümumavropa tibbi sertifikatı alıb.

Bu barədə şirkətinn press-relizində məlumat verilib.

Cihaz forma və funksionallıq baxımından alkotesterə bənzəyir.

Qeyd olunur ki, qurğudan istifadə etmək asandır. İnsanın cihaza bir dəfə nəfəs verməsi kifayətdir və 45 saniyəyə nəticə əldə olunacaq.

Cihaz iki dəqiqə ərzində növbəti test üçün hazır ola bilər.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru