Ərəb koalisiyası Yəməndə yaşayış binalarını bombalayıb - Ölənlər var

18-01-2022, 09:58           
Ərəb koalisiyası Yəməndə yaşayış binalarını bombalayıb -
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtı Səna şəhərinə endirdiyi hava zərbələri nəticəsində 23 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Əl-Məsirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, şəhərin qərbində yerləşən Əl-Libi yaşayış məhəlləsinə havadan hücum edilib. Ölənlər arasında qadınlar da var. Telekanalın məlumatına görə, beş yaşayış binası tamamilə dağılıb, qonşuluqdakı onlarla binaya ziyan dəyib.

İnsanlar dağıntılar altında qalıb. Yenidən başlayan hava hücumları təcili tibbi yardım maşınlarının zərər çəkmiş əraziyə çatmasına mane olub və hadisə yerində olan xilasetmə qrupları axtarış işlərini dayandırmaq məcburiyyətində qalıb.

Bir müddət əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə hücumundan sonra Yəmənin paytaxtı Sənanı bombalamağa başladığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru