Britaniya Ukraynaya tank əleyhinə silahlar verəcək

18-01-2022, 10:23           
Britaniya Ukraynaya tank əleyhinə silahlar verəcək
Böyük Britaniya Ukraynanı özünümüdafiə üçün yüngül tank əleyhinə müdafiə silahları ilə təmin edəcək.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles ölkə parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, silah strateji xarakter daşımır və Rusiya üçün təhlükəli deyil: “Silahlar özünümüdafiə üçün nəzərdə tutulub”.

Qeyd edək ki, bir müddət əvvəl Litva, Latviya və Estoniya müdafiə nazirlərinin üçtərəfli görüşündə Baltikyanı ölkələrin Ukraynaya müxtəlif yardımlar göstərəcəyi ifadə edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru