Qərbdə hazırlanan kompromatlar Kremli qorxuya salıb

1-04-2016, 00:16           

Son günlər Qərb mətbuat orqanlarında Rusiya prezidenti Vladimir Putin və onun ailəsi, yaxın ətrafı ilə bağlı kompromatlar yayılacağı haqda məlumatlar dərc olunub. Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bu barədə danışaraq, yayılması gözlənilən kompromatlarda məqsədin “Rusiyada sabitliyi pozmaq” olduğunu deyib. O, daha sonra bildirib ki, Kreml yeni yaranmış vəziyyəti diqqətlə izləyir.

Jurnalist araşdırmaları üzrə beynəlxalq konsorsium Rusiya prezidentinin adminstrasiyasına Putinin ailəsinin və yaxın ətrafının biznesi ilə bağlı suallar göndərib. Peskov hesab edir ki, Qərbin məqsədi Rusiyada vəziyyəti gərginləşdirmək, ölkə rəhbərliyini və ilk növbədə Putini nüfuzdan salqamdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.