Dünyanın ən bahalı evi satılmayıb

19-01-2022, 10:53           
Dünyanın ən bahalı evi satılmayıb
İtaliyanın paytaxtı Romada XVI əsrdə inşa edilən və 471 milyon avro dəyərində hərraca çıxarılan “Villa Aurora” satılmayıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Villa aprel ayında 20 % endirimlə yenidən hərraca çıxarılacaq.

Məlumata görə, italyan ailəyə məxsus “Villa Auora” ölkədə "əsrin hərracı" adlandırılan hərracla satışa çıxarılıb.

Onlayn hərracda “Villa Auora”nın minimum açılış qiyməti 353 milyon avro olaraq müəyyən edilib. Bununla belə, 471 milyon avro dəyərində və 353 milyon avro qiymətlə başlayan hərrac üçün bu günə qədər heç bir təklif verilmədiyi açıqlanıb.

Aprelin 7-də villanın açılış qiymətinin 20 faiz aşağı salınacağı və 282 milyon 600 min avroya satışa çıxarılacağı bildirilir.

Bildirilir ki, “Villa Aurora”nın satışı tamamlanarsa, bu, dünyanın ən bahalı evlərindən biri olacaq. İtaliya mətbuatının məlumatına görə, villaya iddialı olanlar arasında Bill Qeyts və Bruney sultanı da var.

İtaliya tarixi və mədəniyyətinin mühüm irsinin əcnəbilərə satılması ehtimalı da ölkədə reaksiya doğurub.

Villanın satışına qarşı çıxan bəzi italyanlar sosial media platformalarında "SOS. Mədəniyyəti satılır" başlıqlı petisiya başladıblar. Satışa qarşı çıxanlar villanın Mədəniyyət Nazirliyi tərəfindən alınmasını istəyirlər. Lakin nazirlik villanı almaq üçün illik büdcəsinin təxminən dörddə birini satışa ayırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru