"Taliban" müsəlman ölkələrinə "bizi tanıyın" çağırışı edib

19-01-2022, 12:34           
"Taliban" müsəlman ölkələrinə "bizi tanıyın" çağırışı edib
Əfqanıstanın müvəqqəti hökumətinin baş naziri Molla Məhəmməd Həsən Axund deyib ki, "Taliban" administrasiyası beynəlxalq səviyyədə rəsmən tanınmalıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə Molla Məhəmməd Həsən Axund Kabildə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Axund bildirib ki, "Taliban" administrasiyası rəsmi tanınması üçün bütün şərtləri yerinə yetirib: “Bütün hökumətlərə, xüsusən də müsəlman ölkələrinə müraciət edirəm ki, bizi tanımağa başlasınlar”, - deyə o müraciət edib.

Axund sentyabrda müvəqqəti hökumət qurulandan sonra ilk dəfə mətbuat konfransı keçirib.

Xarici güclər avqustun 15-də Əfqanıstanda nəzarəti ələ keçirən "Taliban"ı tanımaq istəmir. ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri Əfqanıstan banklarında milyardlarla dolları müsadirə edib. Beynəlxalq banklardakı valyuta ehtiyatlarından istifadə edə bilmədiyinə görə, ölkədə sosial vəziyyət son dərəcə çətinləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru