«Əgər Amerika quruda yerləşən hava bazasından istifadə etmək istəyərsə, bilməlidir ki, ora məhv ediləcək"

7-05-2015, 11:43           
«Əgər Amerika quruda yerləşən hava bazasından istifadə etmək istəyərsə, bilməlidir ki, ora məhv ediləcək"
İran uzunmüddətli müharibələr üçün qələbəyə zəmanət verə biləcək bir baza yaradıb və Amerika ilə müharibədən çəkinmir. FaktXəbər-in verdyii məlumata görə, bu sözləri İran Sepah-ının baş komandan əvəzi general Hüseyn Səlami dünən gecə ABŞ rəsmilərinin hərbi təhdidinə cavab olaraq deyib. O, vurğulayıb ki, hərbi gücdən istifadə dövrü bitib və Amerika zəif ordular üzərindəki keçmiş qələbələrini İranla qarşıdurmada müqayisə etməməlidir.

«Əgər Amerika quruda yerləşən hava bazasından istifadə etmək istəyərsə, bilməlidir ki, ora məhv ediləcək. Əgər onların təyyarələri səmada uçmaq istəyərlərsə, bilməlidirlər ki, bütün səma onlar üçün bir alova bürünəcəkdir. İran xalqı təcrübəli və müharibə görmüş bir xalqdır və bu xalqı bir daha sınamaq səhvdir"- deyə general, bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.