ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur

11-04-2025, 17:14           
ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur
ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.

Yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.

Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.

Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.

Tələbələr və ali təhsil müəssisələri vizaların ləğvi səbəblərinin qeyri-müəyyənliyi və ABŞ hakimiyyət orqanlarının bu hərəkətlərinin qanuniliyinə dair ciddi narahatlıq ifadə edirlər. \\Sitat.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru