Ukrayinanın sabiq prezidenti Viktor Yuşşenko rus şovinizminin mahiyyətini izah edir
11-04-2025, 17:04
Ukrayinanın sabiq prezidenti Viktor Yuşşenko rus şovinizminin mahiyyətini izah edir : "Rusiya rus dili bitən yerdə qurtarır. Yəni-Rusiya rus dili işlənən bütün əraziləri özününkü hesab edir.Onlar bunu qonşu dövlətlərə qarşı yumşaq güc, sonradan isə işğal üçün bəhanə, daha dəqiq desək, ölümcül silah kimi istifadə edir" P.S.Belə olmasaydı, etnik tərkibi (çoxluq) rus və ya rus dilli olan Xarkiv, Xerson, Mikolayiv, Zoporojyi, kimi şəhərlər bombalanardımı? Demək ki, rusiyanın məqsədı- rus dilli hüquqları və ya rusları qorumaq deyil, Ukrayinanı işğal etmək idi. Amma nə oldu? Əks proses baş verdi və bu, qarşısı alınmaz bir mübarizə mərhələsinə çevrildi. Həm də bu şəhərlərin əhalisi ona görə hədəf oldu ki raşist ordusunu gül-çiçəklə qarşılamadı. Məsələ bu qədər sadə✍ P.S.S.Bütün çətinliklərə baxmayaraq, biz qalib gələcəyik! Çünki mübariz bir xalqı məğlub etmək olmaz Qabil Osmanlı TEREF