IMF: 2028-ci ilədək Azərbaycanın cari əməliyyatlar hesabı profisitli olacaq

11-04-2025, 12:24           
IMF: 2028-ci ilədək Azərbaycanın cari əməliyyatlar hesabı profisitli olacaq
Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,8 %-i səviyyəsində proqnozlaşdırır.

İndex.az IMF-ə istinadən xəbər verir ki, 2026-cı ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 4,9 %-nə, 2027-ci ildə isə 1,3 %-nə qədər azalacaq.

2028-ci ildə cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 1,7 %-i səviyyəsində proqnozlaşdırılır, 2029-cu ildə isə 2,5 %-ə qədər artacaq.

2024-cü ildə ölkənin cari əməliyyatlar hesabının profisiti 4,7 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6,3 %-nə bərabərdir.

Dünya Bankı 2025-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitini ÜDM-in 11,6 %-i səviyyəsində proqnozlaşdırır. Bank bu göstəricinin 2026-cı ildə ÜDM-in 5,4 %-nə, 2027-ci ildə 3,8 %-nə, 2028-ci ildə 3,6 %-nə, 2029-cu ildə isə 3,4 %-nə qədər azalacağını gözləyir.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,6 %-i səviyyəsində gözlənilir. 2025-2028-ci illərdə neft və qaz hasilatı üzrə proqnozlar nəzərə alınmaqla, cari əməliyyatlar hesabının profisiti ildə ÜDM-in təxminən 3 %-ni təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankı 2025-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini 5,5 milyard ABŞ dolları həcmində gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru