Marin Le Pen departamentdəki vəzifəsindən uzaqlaşdırılacaq

11-04-2025, 17:44           
Marin Le Pen departamentdəki vəzifəsindən uzaqlaşdırılacaq
Fransanın "Milli Birlik" partiyasının fraksiya lideri Marin Le Pen deputat olduğu Pa-de-Kale departamentinin müşaviri vəzifəsindən uzaqlaşdırılacaq.

Bu barədə prefekturanın bəyanatında bildirilib.

Məlumata görə, bu, fraksiya lideri barəsində Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi ilə bağlı məhkəmə hökmünə əsasən baş tutacaq.

Ötən həftə elan edilən hökm Le Penə dövlət orqanlarında işləməyi qadağan edir və dərhal qüvvəyə minir. Fransa qanunvericiliyinə görə, bu, milli mandatlara aid deyil, buna görə də Le Pen növbəti seçkilərə qədər parlamentdəki deputat kürsüsünü saxlayacaq. Eyni zamanda, o, artıq digər seçkili vəzifələri tutmaq hüququna malik deyil.

"Pa-de-Kale prefekturası Marin Le Penin departamentin müşaviri vəzifəsindən uzaqlaşdırılması prosedurunu tamamlayır", - “France Presse” bildirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru