Məmurlara sosial şəbəkə ilə bağlı CİDDİ QADAĞALAR

11-04-2025, 12:34           
Məmurlara sosial şəbəkə ilə bağlı CİDDİ QADAĞALAR
Rusiyanın Surqut şəhərinin meri Maksim Slepovun bələdiyyə işçilərinin yenilənmiş etik kodeksi haqqında sərəncamı maraqla qarşılanıb. Belə ki, sənəddə bir sıra qadağalar əksini tapıb.
Tribunainfo.az xəbər verir ki, sənəddə bəzi məqamlar bələdiyyə işçilərinin sosial şəbəkələrdə davranışlarına aiddir. Onlara dəbdəbə nümayiş etdirməmək tövsiyə olunur.
“Əyləncə və qumar müəssisələrindən, bahalı avtomobillər və interyerlər fonunda foto və videolar yaymaq, dəbdəbəli əşyalar nümayiş etdirmək qadağandır”, – kodeksdə deyilir.
Bundan əlavə, bələdiyyə işçiləri jarqon və kobud sözlərdən istifadə etməməlidir. Onlara siqaret və ya spirtli içkilərlə fotoları paylaşmamaq da qadağan edilib. İşçilər maraqların toqquşmasından qaçmağa və dəyəti üç min rubldan çox olan hədiyyələri almamağaçağırılır. Sənəddə xarici görünüşlə bağlı tövsiyələr də var. Geyim “işgüzar, ciddi, ənənəvi və səliqəli” üslubda olmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru