Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: - "Gəlib sənətimizdə boşluğu doldursun"

11-04-2025, 16:16           
 Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: - "Gəlib sənətimizdə boşluğu doldursun"
“Cahangir Zeynalovun ölkəyə qayıtması məsələsini qaldırmaq istəyirəm”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, Cahangir Zeynalov Adanada teatr yaradıb, orada insanlara elm öyrədir: “Sənət məbədimizdə bu gün dava-dalaş gedir. Sənət cameəmiz görün nə vəziyyətdədir? Ona görə də Cahangir Zeynalovla maraqlanmaq, onu dəvət etmək lazımdır. İstedad 100 ildə 1 dəfə yetişir. Mən çox arzulayardım ki, o adam gəlib sənətimizdə boşluğu doldursun. Əlaqədar təşkilatlar Cahangir Zeynalovla danışıb onu vətənə dəvət etsinlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru