Rusiya-Ukrayna böhranında son vəziyyət: Putindən nüvə hədəsi
20-02-2022, 11:04
ABŞ prezidenti Co Baydenin Rusiyanın tezliklə Ukraynaya hücum edə biləcəyini iddia etməsindən bir neçə saat sonra Rusiya lideri Vladimir Putin nüvə təlimi ilə bağlı əmri verib.
“NOCOMMENT” CNN-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynaya hücum edə biləcəyi açıqlamasından bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putin strateji nüvə silahı təliminə başlamaqla Qərbə qarşı indiyə qədərki ən böyük güc nümayişini etdirib.
ABŞ prezidenti ötən gün Ağ Evdə keçirdiyi mətbuat konfransında Rusiya qüvvələrinin yaxın günlərdə Ukraynaya hücum edəcəyini planlaşdırdığını deyib: “Biz hesab edirik ki, Rusiya 2,8 milyon günahsız insanın yaşayan Ukraynanın paytaxtı Kiyevi hədəf alacaq” – deyə Bayden bildirib