Rusiyada "Vkusno - i toçka"nın əməkdaşı müştərinin burgerinə tüpürüb VİDEO Bu gün, 15:28 Rusiyada "Vkusno - i toçka" fastfud müəssisələri şəbəkəsinin əməkdaşı müştərilərdən birinin burgerinə qablaşdırmadan əvvəl tüpürüb.Bu barədə NEWS.ru saytı xəbər verir.İnsident Rostov vilayətinin Kamensk-Şaxtinskiy şəhərində baş verib.Restoran əməkdaşı burgerə tüpürdükdən sonra heç nə olmamış kimi işinə davam edib."Vkusno - i toçka"nın Mətbuat Xidmətindən bildiriblər ki, sözügedən əməkdaş işdən çıxarılıb. Facebook-da paylaş