ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən, "Biz bunu etməyəcəyik", - deyib.
Bundan əvvəl Böyük Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb ki, Tramp iyulun 4-də Volodimir Zelenski ilə söhbətində Ukraynaya əlavə uzaqmənzilli ATACMS raketlərinin ötürülməsi imkanını müzakirə edib.